BAKI, 30 noyabr — Sputnik. Belçika Hərbi Hava Qüvvələri Rusiya qırıcılarına müdaxilə etdiyini açıqlayıb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Belçika Rusiyanın Baltik dənizində icazəsiz uçuş həyata keçirdiyini iddia edib. Bundan sonra Baltik dəniz səmasında NATO-nun hava sahəsini qoruyan Belçika Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri havaya qaldırılıb və rus qırıcılarına müdaxilə edib.
Xəbərdə deyilir ki, F-16 döyüş təyyarələrinin havaya qalxmasından sonra Rusiya qırıcıları Belçika hava məkanını tərk edib.
Qeyd edək ki, Belçikanın Hava Qüvvələri Rusiya qırıcılarının görüntülərini sosial şəbəkədəki hesabında da paylaşıb.