CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Lavrov Milanda Qarabağ münaqişəsini müzakirə edəcək”

“Bu görüşlərdə konkret addımlar, konkret təkliflər dəqiqləşdirilə bilər”
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini 6-7 dekabr tarixlərində Milanda baş tutacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası zamanı ikitərəfli görüşlər zamanı müzakirə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Təbii ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ikitərəfli görüşlər də olacaq. İkitərəfli görüşlər zamanı bu problem daha predmetli şəkildə müzakirə olunacaq. Bu görüşlərdə konkret addımlar, konkret təkliflər dəqiqləşdirilə bilər", - deyə Zaxarova qeyd edib.