HADİSƏ

Şahin quşunu ovlamaq istəyən cərimələndi

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib
Sputnik

 

BAKI, 29 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.

Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.