HADİSƏ

Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralılar var

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 29 noyabr - Sputnik. Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Report" xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.