İQTİSADİYYAT

Səudiyyə Ərəbistandan kritik neft açıqlaması gəldi

Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih neft hasilatı ilə bağlı açıqlama verib
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih neft bazarını sabitləşdirmək üçün tək başına bir qərarla hasilatı azaltmayacağını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, OPEK üzvü olan Nigeriya da hasilatın azaldılması ilə bağlı qərara qatılıb-qatılmayacağı ilə bağlı hələlik qərar verməyəcəyini bildirib.

Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih OPEK üzvlərinin neft bazarına sabitlik gətirmək istədiklərini, İraq, Nigeriya və Liviyadan gələn mesajların da dekabrın 6-də Vyanada keçiriləcək OPEK toplantısı ərəfəsində müsbət olduğunu deyib.

Xatırladaq ki, dekabrın 6-da keçiriləcək OPEC toplantısında neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, 2019-cu ildə OPEC üzrə neft istehsalının azaldılması və s. müzakirə olunacaq.