İQTİSADİYYAT

Nazir: “Pambıqçılıqda məqsədimiz daha çox məhsuldarlıq əldə etməkdir”

Kənd təsərrüfatı naziri İnam Kərimov deyir ki, qabaqcıl təcrübəsi olan ölkələrin nümayəndələri ilə model təsərrüfatların yaradılması üzərində də iş aparılır
Sputnik

“Ötən illə müqayisədə bu il məhsuldarlıq yüksəkdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Masallıda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, bu il pambıq sahələrində orta məhsuldarlıq hələlik 16 sentnerdən çoxdur:

“Cari il 132 min hektarda pambıq əkilmişdisə, gələn il əkin sahəsinin 100 min hektar olması planlaşdırılır. Burada məqsəd daha çox məhsuldarlıq əldə edilməsidir. Bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin nümayəndələri ilə model təsərrüfatların yaradılması üzərində də iş aparılır”.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz