HADİSƏ

Cənubdakı daha bir bölgədə heyvanlar insanlara hücum etdilər

Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum edib
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Ötən gün gecə saatlarında Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum edib. Sputnik Azərbaycan—ın Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 kənd sakini canavarın hücumuna məruz qalıb. Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.