Böyük Britaniya FETÖ ilə bağlı tələbi rədd etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Britaniyaya sərt reaksiya göstərib
Sputnik

 

BAKI, 29 noyabr — Sputnik. Böyük Britaniya Türkiyənin FETÖ üzvlərinin ekstradisiyası ilə bağlı tələbini rədd edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi Britaniyaya sərt reaksiya göstərib.

Məsələyə Türkiyənin Xarici işlər Nazirliyinin sözçüsü Həmid Aksoy münasibət bildirib. O, deyib ki, Londonda keçirilən məhkəmədə müttəhimlər haqqında ekstradisiya tələbimiz hakim tərəfindən rədd edilib. Tələbin rədd edilməsi əsassızdır.

Həmid Aksoy bildirib ki, FETÖ-nün rəhbər üzvləri arasında yer alan bu şəxslərin ölkəmizdə mühakimə olunmalarını istəyirik. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Qərarın qəbul edilməz olduğunu və bundan dərin narahatlıq hissi keçirdiyimizi Britaniya tərəfinə çatdırmışıq.

Türkiyə, Hamdi Akın İpek, Ali Çelik, Talip Büyük ve Mustafa Yeşilin Britaniyadan ekstradisiya edilməsini tələb edir.