Məzarlıqdan yüzlərlə cəsəd çıxarılıb

Suriyada kütləvi məzarlıqda yüzlərlə cəsəd aşkarlandı
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Suriyanın Raqqa şəhəri yaxınlığında yüzlərlə cəsəd məzarlıqdan çıxarılıb.

Başsız bədənin uyuduğu sirli qəbir

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İŞİD-in əsas iqamətgahı hesab edilən Raqqa şəhəri yaxınlığında 9 ən böyük kütləvi məzarlıqdan biri olan Panoram qəbiristanlığından yüzlərlə cəsəd aşkar edilib. Suriyalı işçi qrupları çıxarılan 516 cəsədin İŞİD tərəfindən bu məzarlığa gömüldüyünü söyləyiblər.

Cəsədləri çıxaran işçi qrup artıq onların haqqında müəyyən məlumatlar əldə etdiklərini bildiriblər. Bu məlumatlar sırasında cəsədlərin təxmini yaşı, çəkisi, cinsi, ölüm səbəbi, hətta üzərilərində olan əşya və geyim haqda informasiyalar var. İşçi qrupu işini yekunlaşdırmaq üçün hər gün ən azı 7 saat işləyəcəyini bəyan edib.

Qeyd edək ki, Panorama qəbiristanlığında 1500-dən artıq məzarın olduğu söylənilir.