Tramp: "Bir zənglə neftin qiymətini aşağı saldım"

O, bildirib ki, Səudiyyə Ərəbistanı rəhbərliyin zəng edib və bundan sonra neftin bir barelinin qiyməti 52 dollara qədər düşüb
Sputnik

BAKI, 28 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp bildirib ki, neftin qiymətləri onun Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışmasından sonra aşağı düşməyə başlayıb. Sputnik Azərbaycan "News.ru"-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti "The Washington Post" nəşrinə müsahibəsində deyib.

Neft son 13 ayda ən aşağı qiymətə düşüb

ABŞ liderinin sözlərinə görə, Ər-Riyad onun xahişi ilə neft hasilatının həcmini artırıb: "Neftin qiyməti bir barel üçün 82 dollar idi, böyük ehtimalla 100 dollara qədər arta bilərdi. Bu isə vergilərin geniş miqyaslı şəkildə artırılmasına bənzəyərdi. Mən bunu istəmədim".

O, bildirib ki, Səudiyyə Ərəbistanı rəhbərliyin zəng edib və bundan sonra neftin bir barelinin qiyməti 52 dollara qədər düşüb. Tramp eyni zamanda qeyd edib ki, bu zəng səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən daha əvvəl baş verib.

Qeyd edək ki, noyabrın 26-ı Səudiyyə Ərəbistanında neft hasilatı rekord həcmdə bir gündə 11 milyon barel həcminə çatıb.