FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Axı SSRİ-də də seks olub! Sovet dövrünün göz oxşayan plakatları

Sputnik

Sovet piarmenləri dəqiq bilirdilər ki, satış reklamı necə olmalıdır. Bunu həmin dövrə aid avtomobil plakatları da təsdiqləyir. Əlbəttə bu günümüzdə onları seksual mətnlər altında təqdim etmək sadəlövh və gülməli görünərdi. Amma hər necə olsa da, piarçılar sovet avtomobillərini bu cür reklam etmək istəyiblər.

Sovet dövründə avtomobil bir nəqliyyat vasitəsindən daha artıq məzmun kəsb edirdi. "Moskviçlər", "Ladalar", "Volqalar", "Zaporojetslər"i almaq, hətta onları əldə etməyə kifayət qədər vəsait olduğu halda belə çətin məsələ idi. Bunun üçün lazımi sənədləri toplamaq və növbəyə durmaq lazım gəlirdi. Bu isə bir neçə il çəkirdi. Lakin şəxsi avtomobili olan SSRİ vətəndaşının sosial statusu dərhal yüksəlirdi. Avtomobil onun uğurlu və təminatlı olmasının göstəricisi idi.

Baxmayaraq ki, avtomobillərin markalarının və modellərinin sayı elə də çox deyildi, sovet reklamçıları "dəmir at"ın potensial alıcılarının diqqətini cəlb etmək üçün lazım olan hər şeyi etməyə çalışırdılar.

Əgər sovet avtomobilləri digər ölkələrə ixrac edilməsəydi, hər şey daha asan olardı. Lakin xaricdə Rolls-Royce və Mercedes kimi markaların reklamları ilə rəqabət aparmaq üçün çox çalışmaq lazım gəlirdi. Sovet reklamçılarının bu cəhdlərindən hansı nəticələr doğurdu, buna Sputnik Azərbaycan-ın seçdiyi fotolarda baxın.

 

1 / 10
Sovet avtomobillərinin reklamı
2 / 10
Sovet avtomobillərinin reklamı
3 / 10
Sovet avtomobillərinin reklamı
4 / 10
Sovet avtomobillərinin reklamı
5 / 10
Sovet avtomobillərinin reklamı
6 / 10
Sovet avtomobillərinin reklamı
7 / 10
Sovet avtomobillərinin reklamı
8 / 10
Sovet avtomobillərinin reklamı
9 / 10
Sovet avtomobillərinin reklamı
10 / 10
Sovet avtomobillərinin reklamı