BAKI, 28 noyabr — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Xaçmaz şəhərində payız-qış mövsümündə respublikanın şimal bölgəsində "Yanğın təhlükəsizliyinin təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyatı təşkilatlar tərəfindən onların həlli istiqamətləri , qurumların arasında qarşılıqlı iş fəaliyyəti" mövzusunda regional müşavirə keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, payız-qış mövsümündə yanğınların sayının artması Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının regionlar üzər müşavirələr keçirməsi, əhalinin maarifləndirilməsini zəruri edir.
Bu tip müşavirələr respublikanın bütün bölgələrində keçirilir. Müşavirədə şimal bölgəsinə daxil olan rayon icra hakimiyyətlərinin müvafiq rəhbər şəxsləri, eyni zamanda hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib.
Çıxışlarda yanğınların qarşısının alınması məsələləri müzakirə edilib və hökumət qurumlarının birgə fəaliyyətinin daha da gücləndirilməsi qərara alınıb.