CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tibb Universitetində unikal əməliyyat keçirildi

"Pasiyent qida qəbul edərkən çətinlik çəkirdi"
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Üz-çənə anomaliyasından əziyyət çəkən və çeynəmə qabiliyyətini itirən xəstə Azərbaycan Tibb Universitetində uğurla əməliyyat olunub. Sputnik Azərbaycan-a universitetdən daxil olan məlumata görə, xəstəyə ixtisaslı yardım göstərilib.

Tanınmış azərbaycanlı cərrah barəsində cinayət işi açılır

ATU-nun Ağız üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev bildirib ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə xəstədə çeynəmə prosesi pozulmuşdu: "Pasiyent qida qəbul edərkən çətinlik çəkirdi. Bununla yanaşı xəstənin üzündə estetik baxımdan da müəyyən pozğunluqlar vardı. Xəstənin çənəsi öndə idi. Müvafiq müayinələrdən sonra kompüter modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı".

İ.Fərzəliyevin sözlərinə görə, üz skeleti sümüklərində 2 saat davam edən əməliyyat nəticəsində üzün quruluşu, dişlər, eyni zamanda xəstənin çeynəmə qabiliyyəti tam bərpa olunub.