Türkiyə və Aİ İrana qarşı sanksiyalar məsələsində razılığa gəliblər. Bu barədə, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən keçirilən Türkiyə-Aİ Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısına dair birgə bəyanatda belə qeyd olunub.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ İrana qarşı sanksiyaları birtərəfli qaydada tətbiq edir:
“Bəzi dövlətlər bu sanksiyalarla razılaşmırlar. Bu sırada İrana qonşu dövlətlər və Avropanın adını çəkmək olar. Avropa ölkələri bu sanksiyaların əleyhinədir. Düşünmürəm ki, ABŞ Türkiyə və Avropaya İranla əməkdaşlığa görə hər hansı sanksiya tətbiq edəcək. ABŞ-ın öz sanksiyaları belə İrana mənfi təsir edir. Hələlik bu, ABŞ üçün kifayət edəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz