SƏHİYYƏ

Geni dəyişdirilən əkizlər dünyaya gəlib

Çinli alimin genetik müdaxiləsi ilə sağlam doğulan əkizlərin adı Lulu və Nana olub
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Çinli alim He Jiankuy süni mayalanma ilə 7 cütlüyün geninə dəyişiklik etdiyini iddia edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, çinli alim bu ay geninə müdaxilə edilən daha iki körpənin dünyaya gəldiyini bildirib. Alimin sözlərinə əsasən, əkizlərin atası QİÇS xəstəsi olduğu üçün onların geninə müdaxilə edilib. He Jiankuy 22 embriondan 16-sı üzərində dəyişiklik etdiyini bildirib.

Çinli alimin insan geninə müdaxilə etməsi bir çoxları tərəfindən qınanılsa da, onu müdafiə edənlər də olub. Bəzi alimlər QİÇS və bu kimi xəstəliklərin sayının daha da artmasının qarşısını almaq üçün bu üsulun işə yararlı olduğunu deyib.

Bir çox ölkələrdə genlərə müdaxilədən imtina edilsə də, insanların klonlaşdırmasını qadağan edən Çində belə addımın atılması qanunidir.

Qeyd edək ki, çinli alimin genetik müdaxiləsi ilə sağlam doğulan əkizlərin adı Lulu və Nana olub.