CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dəyişikliklərlə əlaqədar sahibkarın vergi yükü azalır"

Deputat: "Sosial sığorta haqqında" qanuna dəyişiklikdə məqsəd qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır
Sputnik

BAKI, 28 noyabr — Sputnik. "Sosial sığorta haqqında" qanuna dəyişikliklə bağlı fikirlər artıq uzun müddətdir ki, müzakirə olunur. Mahiyyət qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin  iclasında "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

"Bildiyiniz kimi qeyri-leqal fəalyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan prezident İlham Əliyev tərəfindən 2017-ci il 9 oktyabr tarixli imzalanan sənədə əsasən qeyri-leqal məşğulluğun qarşısınının alınması ilə bağlı tədbirlər görülür. Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir istəyimiz sosial sığorta ilə bağlıdır. Qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm də işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə layihə sahibkara həm də işçiyə dəstəkdir" - deyə millət vəkili bildirib.