MƏDƏNİYYƏT

Novruz Novruzlu Hollandiyada yad edildi

N. Novruzlu Türk dünyası üçün böyük işlər görüb
Sputnik

BAKI, 27 noyabr — Sputnik. "Savalan" qrupunun bədii rəhbəri və solisti, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu Hollandiyada yad edilib. Bu barədə Sputnik Azərbaycan-a Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib.

"Novruz Novruzlu yad edildi, həyatı haqqında danışdıq. Sənətkarı tanıyanlar onunla bağlı xatirələrini dilə gətirdi. Onun üçün Quran oxutduq, ehsan verdik" - deyən İlhan Aşkın bildirib ki, N. Novruzlu Türk dünyası üçün böyük işlər görüb.

"Ailəsinə baş sağlığı veririk. Məzarı nurla dolsun" – deyə Aşkın qeyd edib.