CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın müəyyən ərazisində bu gün su olmayacaq

Problem Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədardır
Sputnik

BAKI, 27 noyabr - Sputnik. Bakının müəyyən ərazisi bu gün susuz qalacaq.

Bu barədə “Azərsu” ASC-dən Sputnik Azərbaycan-a məlumat verilib.

Məlumata görə, Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar 27 noyabr 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.