MƏDƏNİYYƏT

Elçin Əzizov Xalq artisti kimi təəssuratlarını bölüşdü

Rusiya Böyük Teatrının solisti Elçin Əzizov deyir ki, sənətkar üçün belə yüksək ada layiq görülmək ən böyük zirvədir
Sputnik

“Azərbaycan Prezidenti İlham Əliyevə əməyimi yüksək qiymətləndirdiyinə görə dərin minnətdarlığımı bildirirəm”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Böyük Teatrının solisti Elçin Əzizov “Azərbaycanın Xalq artisti” fəxri adının vəsiqəsinin və döş nişanının bu ölkədəki səfirimiz Polad Bülbüloğlu tərəfindən təqdimatından sonra söyləyib.

“May ayından etibarən “Azərbaycanın Xalq artisti” adına layiq görülmüşəm. Artist üçün belə yüksək ada layiq görülmək ən böyük zirvədir. Bu gün səhnədə gözlərim yaşardı. Çünki iki azərbaycanlının belə böyük bir səhnədə çıxış etməsi çox gözəl bir şeydir”.

Qeyd edək ki, təqdimat Rusiya Böyük Teatrında Pyotr Çaykovskinin “Pikovaya dama” əsərinin nümayişindən sonra keçirilib.

Elçin Əzizovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz