RUSİYA

Azərbaycan Rusiya qarşısında sərt tələblə çıxış edib

Azərbaycan Rusiyadan "MegaFon" mobil operatorunun Dağlıq Qarabağdakı fəaliyyətinə son qoymağı tələb edib
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovla görüşüb. Sputnik Azərbaycan-a nazirlikdən daxil olan məlumata görə, nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya əməkdaşlığını müzakirə edib. 

Azərbaycan XİN sərt bəyanatla çıxış etdi

Ramin Quluzadə ölkəmizin sahə üzrə ikitərəfli əməkdaşlığın inkişafında, eləcə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Rusiyaya məxsus "MegaFon" operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması üçün birgə tədbirlərin təşkil olunmasının vacibliyini qeyd edib.

Rusiya tərəfi qeyd olunan şirkət tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir fəaliyyət həyata keçirilmədiyini qeyd edib və bununla bağlı nazirliyə rəsmi məlumat göndəriləcəyini bildirib.

Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub.

Ekspert: “Rusiya və Türkiyənin Qarabağ problemini birgə həll etməsini gözləmək çətindir”

Eyni zamanda "Azərpoçt" MMC və "Rusiya Poçtu" arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb. 

Səfər çərçivəsində Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Sergey Aristovla təşkil olunmuş görüşdə "Yol xəritəsi" və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib.

Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub.