CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR Gürcüstanda borcların ödənilməsi məsələsinə aydınlıq gətirdi

“Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil”
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkələrdə şirkətin Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, SOCAR-ın “Facebook” səhifəsində bildirilib ki, dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil.

“Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla Azərbaycan üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən ildə SOCAR-ın ümumi gəlirlərinin 90%-dan çoxunu təşkil edib” - deyə məlumatda deyilir.