BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu işdən çıxarılıb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.