CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı Naz özünü növbəti dəfə rüsvay edib

Tatudakı səhvləri ilə gündəmdən çıxmamış "cəsur rəqsi" ilə gündəmə düşdü
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Türkiyə telekanallarından birində yayımlanan "Zühal Topalla" evlənmə şousunda iştirak etmiş azərbaycanlı Naz Mila bu dəfə özünün açıq-saçıq rəqsləri ilə Türkiyə KİV-nin gündəminə düşüb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu günlərdə xarici KİV-lər onun öz üzərində etdirdiyi tatunu ciddi surətdə tənqid etmişdilər. Çünki onun ayaqlarına döydürdüyü ingiliscə cümlə çoxlu səhvlərlə dolu olub. Bu dəfə isə Naz Mila gündəmə açıq-saçıq rəqsi ilə düşüb. O, Instagram səhifəsində rumba janrında ifa etdiyi rəqsini paylaşıb. İzləyicilərindən kimi onun rəqsini bəyənib, kimi isə söyüş və təhqir edib. Türkiyə nəşrləri Nazın paylaşımını "cəsur rəqs" kimi qiymətləndirib.

Milanın sosial media hesabından paylaşdığı videonu şərh edən izləyicilərindən biri "vay-vay, bu qadın özünü belə paylaşımlarla rəsmən xərcləyir" yazıb. Digər bir izləyicisi isə yazıb: "Naz, çox gözəlsən, mükəmməl ifa edirsən, sənə heyranam".

Naz Mila uzun müddətdir Türkiyədə yaşayır. O, "Zühal Topalla" evlənmə şousunda iştirak edəndən sonra məşhurlaşıb. Lakin o şouda özünə ər tapa bilməyib. Hazırda o, əsasən modelliklə məşğuldur. Naz özünün seksual paylaşımları ilə vaxtaşırı izləyicilərini şoka salır. Son zamanlar banan üzərinə yaxdığı şokoladı yediyi yerdə şəklini paylaşıb. Onun bu şəklini çox sayda adam öz sosial şəbəkə hesabından yayıb.