Senator: “Kiyev prezident seçkilərini ləğv etməyə hazırlaşır”

“Kiyev böyük ehtimalla hazırkı prezidentin məğlub olacağı prezident seçkilərini ləğv etməyə hazırlaşır”
Sputnik

BAKI, 26 noyabr — Sputnik. “Ukrayna, prezident Pyotr Poroşenkonun böyük ehtimalla məğlub olacağı prezident seçkilərini ləğv etməyə hazırlaşır. Məhz buna görə Azov dənizində təxribat törədilib, hərbi vəziyyət tətbiq olunur, Rusiya Federasiyasına məxsus avtomobil yandırılıb”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu senator Oleq Morozov bildirib.

Viktor Yanukoviç Kiyev məhkəməsində dindirilib

"Kiyev böyük ehtimalla hazırkı prezidentin məğlub olacağı prezident seçkilərini ləğv etməyə hazırlaşır. Deyəsən, Kiyevin təxribatlar yolu ilə vəziyyəti gərginləşdirəcəyi və ölkənin yarısını silah altına atması haqqında proqnozları gerçəkləşdirməyə başlayıb" - deyə Morozov qeyd edib.

Qeyd edək ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.