BAKI, 26 noyabr — Sputnik. İtaliyalı rejissor Bernardo Bertoluççi 78 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, rejissorun ölüm səbəbi hələ açıqlanmayıb. Onun Romada ağır xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Bertoluççi "Parisdə sonuncu Tanqo", " Xəyalpərəstlər", "İyirminci Əsr", "Sonuncu İmperator", "Konformist" və s. filmlər çəkib. Onun "Sonuncu İmperator" filmi 9 nominasiya üzrə, o cümlədən "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyaları üzrə "Oskar" mükafatına layiq görülüb.
2011-ci ildə kinematoqrafçı Kann festivalında "Qızıl palma budağı" mükafatına layiq görülüb.