HADİSƏ

Zaqatala sakini bir gecədə evsiz qaldı

Hələlik, yanğının nədən baş verdiyi məlum deyil
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  26 noyabr— Sputnik. Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yanğın kənd sakini Zaur İsayevə məxsus, ümumi sahəsi 46 kv/m olan fərdi yaşayış evində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, ev içərisindəki əşyalarla birlikdə yanıb. Hələlik, yanğının nədən baş verdiyi məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.