Türkiyədə hərbi helikopter qəzaya uğradı, ölənlər var - VİDEO

Məlumata əsasən qəza nəticəsində 4 hərbçi şəhid olub, biri yaralanıb
Sputnik

BAKI, 26 noyabr — Sputnik. İstanbulda hərbi helikopter qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.

Məlumata əsasən, qəza nəticəsində 4 hərbçi şəhid olub, biri yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya çatdırılıb.

Polis hadisə yerinə vətəndaşları buraxmır.