HADİSƏ

İranda baş verən zəlzələdə xəsarət alanların sayını artır

Zəlzələ İraqın paytaxtı Bağdaddan 150 km məsafədə baş verib və bu ölkədə də hiss olunub
Sputnik

BAKI, 25 noyabr - Sputnik. İranın qərbində yerləşən Kermanşah vilayətində, İraq sərhədinə yaxın ərazidə 6,4 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində azı 142 nəfər xəsarət alıb. Bu barədə Avropa Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ İraqın paytaxtı Bağdaddan 150 km məsafədə baş verib və bu ölkədə də hiss olunub.