SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şota Rexviaşvili: “Azərbaycanlılar sülh və sabitliyin tərəfdarıdırlar”

Kvemo Kartli bölgəsinin quberantoru Şota Rexviaşvili deyir ki, azərbaycanlılar hər zaman dövlətçiliyə sadiq vətəndaşlar olublar
Sputnik

“Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman dövlətçiliyə sadiq vətəndaşlar olublar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kvemo Kartli bölgəsinin quberantoru Şota Rexviaşvili Marneulidə yerli sakinlərlə görüşdə deyib.

O bildirib ki, bölgədə yaşayan azərbaycanlılar Gürcüstanda sülh və sabitliyin olmasının tərəfdarıdırlar:

“Kvemo Kartli bölgəsi mədəni, dini və etnik baxımdan çox fərqlidir və bu, Gürcüstanı daha da maraqlı və cəlbedici edir. Etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın bütün vətəndaşları dövlətin inkişafına çalışır. Əminəm ki, bundan sonra da yerli azərbaycanlılar dövlətin inkişaf etdirilməsi istiqamətində hökumətin yanında olacaqlar”.

Şota Rexviaşvilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz