RUSİYA

Biznes mərkəzi avtomobillərin üzərinə düşdü - VİDEO

Xoşbəxtlikdən yaralanan olmayıb
Sputnik

BAKI, 25 noyabr — Sputnik. Moskvada qəribə hadisə baş verib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, paytaxtın küçələrindən birində biznes mərkəzini dağıtmalı olublar.

Mütəxəssislərin hesablamalarına görə bisnes mərkəzi sol tərəfə dağılmalı imiş. Amma belə olmayıb. Biznes mərkəzi dağılan zaman magistral yola tərəf dağılıb. Nəticədə açıq yolda hərəkət edən avtomobillər dağıntılardan xəsarət alıb. Xoşbəxtlikdən yaralanan olmayıb.