BAKI, 25 noyabr - Sputnik. Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, ölkə üzrə etiraz aksiyalarında iştirak edən 130 nəfər saxlanılıb.
Daha öncə Parisdə 35 nəfərin saxlanıldığı deyilirdi.
Xatırladaq ki, "sarı jiletlər" adlı hərəkat bütün Fransa üzrə yanacaq qiymətlərinin qaldırılmasına etiraz olaraq kütləvi aksiyalar həyata keçirir. Aksiya zamanı prezdent Emanuel Makronun istefası da tələb olunur.
Yanvarın 1-dən Fransada benzinin qiymətləri litr üçün 2,9 avrosent, dizelinki isə 6,5 avrosent qalxmalıdır.