“Avropada islamofobiyanın səbəbləri çox da dərində deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Azər Həsrət bildirib ki, Avropada və ümumiyyətlə qərbdə multikulturalizm ənənələri ayaq açıb yeriyə bilmir: “Dövlətləri idarə edənlərin bəhanələri tükəndiyi üçün İslam dini bəhanə olaraq cəmiyyətin önünə atılıb. Bununla da problemlərin kökündə müsəlmanların dayandığını iddia edilir və siyasi ambisiyalar üçün istifadə etmək məqsədi güdülür. Onlara görə hansısa iş düz getmirsə səbəbkarları müsəlmanlardır. Avropa özünün aşınma mərhələsindədir. Bu mərhələdə kimisə cəzalandırmaq istəyirlərsə müsəlmanları hədəf göstərib cəmiyyətin başını qatmaqla məşğuldurlar”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropanın öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməli olduğunu bildirmişdi.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz