MƏDƏNİYYƏT

Azərbaycan təmsilçisi beynəlxalq müsabiqənin qalibi ola bilmədi

Müsabiqənin budəfəki finalı rekord sayda iştirakçı ilə xarakterik olub
Sputnik

BAKI, 25 noyabr - Sputnik. Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində səsvermənin nəticələri açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səsvermənin yekunlarına əsasən müsabiqədə 215 xalla Polşa təmsilçisi Roksana Vegel qalib gəlib. İkinci yeri Fransa, üçüncü yeri isə Avstraliya təmsilçisi tutub.

Azərbaycanı təmsil edən Fidan Hüseynova 47 xalla 16-cı olub. 

Müsabiqənin budəfəki finalı rekord sayda iştirakçı ilə xarakterik olub. 20 ölkənin nümayəndəsi qalib adı uğrunda mübarizədə iştirak edib.