İQTİSADİYYAT

Professor: “Bankların kredit faiz dərəcələrini aşağı salması realdır”

Professor Elnur Sadıqov deyir ki, bankların kredit faiz dərəcələrini aşağı salması üçün ilk addımı Mərkəzi Bank atmalıdır
Sputnik

“Bankların kredit faiz dərəcələrini aşağı salması üçün ilk addımı Mərkəzi Bank atmalıdır”. Bunu Sputnik Azərbaycan-a banklarda kredit faiz dərəcələri haqqında danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.

Professor bildirib ki, Mərkəzi Bank kommersiya banklarının nizamnamə kapitalının həcminə yenidən baxsa və yaxud özünü maliyyələşdirmə dərəcələri üçün faiz dərəcələrini aşağı salsa, ölkə ərazisində verilən kredit faiz dərəcələrinin aşağı düşməsini gözləmək olar:

“Bu, ölkəmizdə problemli kreditlər məsələsinin yaranması ilə də bağlıdır. Çünki Azərbaycan əhalisinin orta hesabla 4 nəfərdən birinin kommersiya bankına borcu var. Düşünürəm ki, qəbul olunan qaydaların və normativ aktların hamısı həmin o kredit faizlərinin aşağı salınmasına doğru istiqamətlənməlidir. Artıq o zaman maliyyə bazarlarında da sabitlik yaranacaq və kredit borclarının aşağı salınması üçün müəyyən tədbirlər həyata keçiriləcək. Bu gün Azərbaycan banklarında kredit faiz dərəcələrinin aşağı salınması real görünür”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz