BAKI, 23 noyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi müvafiq təlimata əsasən, Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri aparılır.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri gənc əsgərlərin xidmətə adaptasiya olunması, onların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirir, müvafiq tövsiyələr verir, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirirlər.
Tədbirlərdə hərbi qulluqçuların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi və s. mövzularda praktiki məşğələlər keçirilir, eləcə də gənc əsgərlərlə psixoloji maarifləndirmə mövzusunda söhbətlər aparılır.