Qonşular yenə dilənərək 11 milyon topladılar

"Hayastan" fondu tərəfindən növbəti telemarafon keçirilib
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Ermənistanın Ümummilli "Hayastan" fondu tərəfindən növbəti telemarafon keçirilib.

Sputnik Azərbaycan erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə ermənilər 11 109 633 ABŞ dolları toplayıblar.

Ermənilər bu dəfə topladığı ianələr hesabına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iki proqramın həyata keçirilməsinə sərf olunacaq. Bunlardan biri işğal altında olan regionda su qurularının qazılması və damcı üsulu ilə suvarmanın təşkilidir. İkinci proqram isə qondarma qurumun ərazisində alternativ enerjinin – günəş enerjisinin tətbiqidir.