QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğanın müşavirindən Qarabağla bağlı ilginc açıqlama: "Aramıza girdilər..."

Türkiyə prezidentinin mətbuat müşaviri: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir"
Sputnik

BAKI, 23 noyabr — Sputnik. "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq. Bizim Ermənistana qarşı heç bir qərəzimiz yoxdur".

Fransadan cavab gəldi: Separatçı “Dağlıq Qarabağ Respublikasını” tanımırıq

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat müşaviri İbrahim Kalın Ankarada Türkiyə ilə Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

İbrahim Kalın bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupu çərçivəsində Rusiyanın üzərinə əhəmiyyətli bir rol düşür: "1992-ci ildə yaradılan Minsk Qrupunun fəaliyyəti nəticə vermədiyi üçün Dağlıq Qarabağ münaqişəsi Qafqazda dondurulmuş bir böhran olaraq qalmaqda davam edir".

"Bizim mövqeyimiz bu məsələdə çox dəqiqdir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi və Qafqazda yeni bir sülh şəraitinin təmin olunması üçün bir sıra təşəbbüsümüz oldu. Burada rusiyalı həmkarlarımızla yaxın təmaslarımız, sıx əməkdaşlığımız oldu. Amma yenə kimlərsə araya girdi və bu proses müvəffəqiyyətsizliyə uğradı" - türkiyəli rəsmi deyib.