İQTİSADİYYAT

Ekspert neft qiymətlərini artıracaq üç hadisəni açıqlayıb

Çin və ABŞ arasında ticarət müharibələrinin dayandırılması dünya iqtisadiyyatında artıma səbəb olacaq
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Neft qiymətlərini yenidən yüksəlişə üç şey keçirə bilər. Onlardan 2-i ABŞ-dan, 1- isə OPEK + razılaşmasından asıldıır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu idarəetmə üzrə "Skolkovo" Moskva məktəbinin Energetika Mərkəzinin eksperti Yekatirina Qruşevenko bildirib.

"Neft qiymətləri ABŞ-ın İrana qarşı sanksiyaları tam şəkildə tətbiq edəcəyi təqdirdə artmağa başlaya bilər. Hazırkı vəziyyətə görə demək olar ki, İrana qarşı sanksiyalar fiaskoya uğrayıb. Bundan əlavə, neft qiymətlərinə OPEK + neft hasilatını azaltmaq barədə qərarı təsir edə bilər. Bu görüş dekabrın 5-i keçiriləcək. Çin və ABŞ arasında ticarət müharibələrinin dayandırılması dünya iqtisadiyyatında artıma səbəb olacaq ki, bu da öz növbəsində neftə olan tələbatı artırır", - deyə Qruşevenko qeyd edib.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti 2017-ci ilin yayında bir barel üçün 45 dollara qədər düşüb. Lakin daha sonra neft hasilatının azaldılması dair OPEK + razılaşmasına hesabına neft qiymətləri normallaşmağa başlayıb və 2018-ci ildə 70 dollardan yuxarı səviyyədə qərarlaşıb.