Çin konsulluğuna silahlı hücum edilib, ölənlər var

Hücum nəticəsində iki polis ölüb, bir təhlükəsizlik işçisi yaralanıb
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Pakistanın Karaçi şəhərindəki Çin konsulluğuna silahlı hücum olub. 

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, pakistanlı rəsmilər Çin konsulluğuna təşkil olunan hücumun silahlı şəxslər tərəfindən həyata keçirildiyini bildirib.

Hücum nəticəsində iki polis ölüb, bir təhlükəsizlik işçisi yaralanıb.