CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş rayonun sakinlərinə xoş xəbər

Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcək
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Sabah saat 16:00-da Tovuz şəhər Heydər Əliyev Mərkəzində (ünvan: İstiqlal küçəsi 1) Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcək.

Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olan istənilən vətəndaş Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər:

1. Hüquqşunaslıq

2. İqtisadiyyat

3. Əmtəəşünaslıq

4. Qida mühəndisi

5. Genetika

6. Tibbi profilaktika

7. Fitosanitariya

8. Aqronomluq

9. Zootexnik

10. Kimya

11. Biokimya

12. Biologiya

13. Mikrobiologiya

14. Maliyyə və mühasibat uçotu

Əlavə məlumat almaq üçün (+994 12) 565-12-82 (daxili - 155) və ya (+994 55) 750 10 00 (Tural Əlizadə) əlaqə nömrələrinə zəng edə bilərsiniz.