İQTİSADİYYAT

Professor Rusiyanın “Türk axını” layihəsinin əhəmiyyətindən danışır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, “Türk axını” layihəsinin reallaşması Rusiyanın qaz strategiyasının dayanaqlılığının göstəricisidir
Sputnik

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsi çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər. “Kommersant” qəzeti şirkətin bu ölkələrdə yeni boru kəmərləri gücünün bronlaşdırılması prosedurunda iştirak etdiyini yazır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, enerji daşıyıcılarının Avropaya çatdırılması baxımından  “Türk axını” layihəsinin çox böyük əhəmiyyəti var:

“Qaz bazarında yaranmış vəziyyətə görə, əminliklə demək olar ki, Rusiya amili Avropada hələ uzun müddət qalacaq. “Türk axını” layihəsinin reallaşması da Rusiyanın qaz strategiyasının dayanaqlılığının göstəricisidir. Rusiyanın iqtisadi və siyasi qüdrəti imkan yaratdı ki, alternativ layihələr hesabına Avropaya qaz nəqli mümkün olsun. Bu ölkənin həyata keçirdiyi layihələr onun Avropa bazarlarına çıxışını təmin edəcək. Hesab edirəm ki, bu, həm Avropa, həm də Rusiya üçün faydalıdır”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz