SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qalmaqal: Fransanın terrorçularla əlaqəsi üzə çıxdı

Suriya rəhbərliyini kimyəvi silahdan istifadə etmədə ittiham edən Fransanın terrorçulara kimyəvi başlıq hazırladıqları ortaya çıxıb
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Suriya rəhbərliyini kimyəvi silahdan istifadə etmədə ittiham edən Fransanın terrorçulara kimyəvi başlıq hazırladıqları ortaya çıxıb.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, İdlibdə olan silahlı terror dəstələrinin başçılarına yaxın mənbələr bunu iddia edib.

Onların bildirdiyinə görə, terrorçular fransız mütəxəssislərə külli miqdarda kimyəvi maddə veriblər və bundan kimyəvi başlıqların hazırlanmasını və raketlərə yerləşdirilməsini istəyiblər.

Qeyd edək ki, Fransa ötən aylarda ABŞ ilə birlikdə Suriya rəhbərliyini kimyəvi silahdan istifadə etməkdə ittiham edərək Suriyaya raket hücumu təşkil edən tərəflərdən biri olub.