CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda azyaşlı oğlanı zorlayana 14 il cəza verildi

Uşağın valideynlərinin şikayəti əsasında Məmmədov saxlanılıb
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan Həsənxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Məmmədov 14 il azadlıqdan məhrum edilib. 

Məşhur şirkətin rəhbəri həbs olundu

İttihama görə, Bakı şəhər sakini H.Məmmədov qonşusu 12 yaşlı oğlanı aldadaraq, qonşuluqda yerləşən heç kim yaşamayan sahəyə aparıb hədə-qorxu gələrək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Uşağın valideynlərinin şikayəti əsasında H.Məmmədov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.