RUSİYA

Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib

İroq Korobov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İroq Korobov uzun sürən ağır xəstəlikdən sonra, 62 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, İqor Korobov 1956-cı il avqustun 3-də Rusiyanın Vyazma şəhərində anadan olub. O, 1973-cü ildən Silahlı Qüvvələrdə xidmət edib.

1985-ci ildə Sovet Ordusu Hərbi Akademiyasını bitirib və həmin ildən Baş Kəşfiyyat İdarəsində işləyib. 2016-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.