Lavrov Fransaya gedir

Lavrov Parisdə bir sıra görüşlər keçirəcək
Sputnik

 

BAKI, 22 noyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Fransaya səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, səfər noyabrın 27-si həyata keçiriləcək. Lavrov Parisdə fransız həmkarı Jan-İv-Le Drianla görüşəcək. Görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.

Nazirlərin, həmçinin "Trianon dialoqunun" şurasının iclasında iştirak edəcəklər.