CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan qonşu ölkəyə kütləvi axın

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4 milyon 14,6 min nəfər olub.

Azərbaycan, Türkiyə və İran arasında mühüm anlaşmalar əldə olunub

Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1 faiz, Türkiyəyə gedənlərin sayı 0,3 faiz aartıb.

Yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8 faizi dəmir yolu və avtomobil, 18,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.