BAKI, 22 noyabr — Sputnik. Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.
Azərbaycan və Türkmənistan prezidentləri birgə bəyanatla çıxış ediblər
Sputnik Azərbaycan-ın xəbərinə görə, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.