ABŞ hərbçilərinə sərhəddə miqrantlara atəş açmaq icazəsi verilib

Bundan əvvəl məhkəmə Donald Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrasını dayandırıb
Sputnik

BAKI, 22 noyabr - Sputnik. Ağ Ev aparatının rəhbəri Con Kelli ABŞ-ın Meksika ilə sərhədinə yerləşdirilmiş hərbçilərə zərurət yaranacağı təqdirdə atəş açmaq icazəsi verən memorandum imzalayıb.

“Report” xəbər verir ki, bu barədə "Military Times" nəşri yazıb.

Qeyd olunur ki, sərəncam ABŞ kontingentinə müdafiə nazirinin sərhəd-nəzarət məntəqəsi əməkdaşlarının müdafiəsi üçün zəruri bildiyi hərəkəti etməyə icazə verir.

Burada həmçinin söhbət güc tətbiqi (eləcə də, zərurət yarandıqda hədəfə atəş açmaq) kütləyə nəzarət, müvəqqəti saxlama və qısa axtarışdan gedir.

Bundan əvvəl məhkəmə Donald Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrasını dayandırıb.