Türkiyədə güclü partlayış baş verib

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb edilib
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Türkiyənin Zonquldağ vilayətinin Kilimli rayonunda kömür mədənində partlayış baş verib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, özəl bir şirkətə məxsus mədəndə baş verən partlayış nəticəsində 2 nəfər ağır yaralanıb və xəstəxanaya aparılıb.

Mədəndə köməksiz vəziyyətdə qalmış 3 nəfərin xilas edilməsi üzrə işlər davam etdirilir. Partlayışın səbəbi hələlik bilinmir, hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb edilib.