Sevgilisini öldürərək ətini işçilərinə yedirdi

Hadisənin üstü isə kişinin bacısının blenderin içində insan dişi tapması ilə açılıb
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində qəribə hadisə baş verib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 7 il birlikdə yaşadığı kişi qadından ayrılmaq istədiyini, başqası ilə evlənəcəyini deyir. Bunu eşidən qadın əsəblərini cilovlaya bilmir və kişini öldürür. Onu öldürəndən sonra cəsədi parçalara ayırır və bişirir. Bişmiş insan ətini pakistanlı işçilərinə yedirir.

Hadisənin üstü isə kişinin bacısının blenderin içində insan dişi tapması ilə açılır. Bundan sonra polis tərəfindən araşdırma başlanır və qadının 3 ay öncə kişini öldürdüyü məlum olur.